Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Herrenknecht” tunelqazma kompleksi “Bakı Metropoliteni”nin “Bənövşəyi” xəttinin “B-4” stansiyasına daxil olub

“Herrenknecht” tunelqazma kompleksi “Bakı Metropoliteni”nin “Bənövşəyi” xəttinin “B-4” stansiyasına daxil olub

Date: 14 January 2016 17:13


Bakı, 14 yanvar, AZƏRTAC
“Herrenknecht” tunelqazma kompleksi yanvarın 14-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Bənövşəyi” xəttinin “B-4” adlanan stansiyasına daxil olub. Qurğu bu vaxtadək 4 min 630 metr yol qət edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, tunelqazma kompleksinin “Bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından “Memar Əcəmi-2” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlamışdı. “Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub və ilk dəfə olaraq açıq sahəyə çıxıb. Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 metr diametrə malik 4 min 630 metr yüksək səviyyəli dəmir-beton tunel qoyub. Qurğu “B-4” stansiyasında quraşdırılmış start kamerasında qarşılanıb və bu sahədə işini başa vurub, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.
“B-5” istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. İşini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra isə “Herrenknecht” yolunu “B-5” stansiyasına doğru davam etdirəcək.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən Almaniya istehsalı “Herrenknecht” tunelqazma kompleksi nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir.






Tags:  Herrenknecht tunelqazma kompleksi Bakı Metropoliteninin Bənövşəyi xəttinin B-4 stansiyasına daxil olub


RƏYLƏR


Top news