Türkiyə ordusu 48 saata 200 terrorçusunu məhv etdi

Türkiyə ordusu 48 saata 200 terrorçusunu məhv etdi
18:32 14 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

"İki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın üzvünü zərərsizləşdirmişik".

Milli.Az Report-a istinadən bidirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin toplantısında bildirib.
Baş nazirin sözlərinə görə, öldürülən terrorçular arasında İŞİD qruplaşmasının liderləri də var: "İstanbuldakı xain terror hücumunun İŞİD tərəfindən törədildiyini təsbit etdikdən sonra Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb. İraqın Başika rayonunda, bundan başqa Türkiyənin İraq və Suriya ilə sərhədboyu ərazilərdə İŞİD-in mövqelərini imkanımız daxilində vurmuşuq. Bu əməliyyat nəticəsində aralarında İŞİD-in başçıları da olmaqla 200-ə yaxın terrorçunu zərərsizləşdirmişik". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR