Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Ukraynadan Qazaxıstana yüklərin daşınması ilə bağlı razılıq əldə olunub

Bakıda Ukraynadan Qazaxıstana yüklərin daşınması ilə bağlı razılıq əldə olunub

Date: 14 January 2016 18:38


Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakıda Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb, razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.
Həmçinin tədbirdə Qazaxıstan, Azərbaycan Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi məsələləri müzakirə edilib.
Görüşün yekununa dair dördtərəfli sənəd və Azərbaycanla Gürcüstan arasında ikitərəfli sənəd imzalanıb.




Tags:  Bakıda Ukraynadan Qazaxıstana yüklərin daşınması bağlı razılıq əldə olunub


RƏYLƏR


Top news