Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb
19:13 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14–dən “Krid: Rokki irsi” və “Bacılar” adlı filmlərin nümayişi olub.
Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Krid: Rokki irsi” filmini rejissor Rayan Kuqler dram və idman janrında çəkib. Film Rokki Balboanın rinqdə ən ciddi ilk rəqibi və sonradan ən yaxın dostuna çevrilən Appolo Kridin oğlundan bəhs edir. Gənc Krid atasının yolunu davam etdirir və artıq yaşa dolmuş Rokkinin axtarışına çıxır. Çoxdan bu işlərdən uzaq olan, yaşa dolmuş Rokki yenidən Kridə məşqçilik etməyə başlayır.
Filmdə Maykl B.Cordan, Silvestr Stallone, Tessa Tompson, Filisiya Raşad, Andre Uord və başqaları çəkiliblər.
Rejissor Ceyson Murun Paula Pellin ssenarisi əsasında çəkdiyi “Bacılar” kinokomediyası ABŞ istehsalıdır. Ailə evlərini satmağa yığışan valideynlərin iki qızı evdə son əyləncə məclisi keçirməyi qərara alırlar...
Rolları Emi Poler, Tina Fey, Maya Rudolf, Ayk Barinxolts və başqa aktyorlar ifa edirlər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən (https://www.facebook.com/NizamiCinema?rf=hl) də öyrənmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinde_yeni_filmlerin_numayisine_baslanilib-918512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR