Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Şərq dillərinin tədrisi ilə bağlı elmi-metodik seminar

Şərq dillərinin tədrisi ilə bağlı elmi-metodik seminar

Date: 14 January 2016 19:38


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Şərq dillərinin tədrisində akademik oxu və yazı fənninin tədris xüsusiyyətləri” mövzusunda elmi-metodik seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin müdiri, professor Rafiq Abbasov Çin elmi mətnləri ilə işləmək bacarıqlarının formalaşdırılmasının müasir üsulları barədə danışıb. Bildirilib ki, bu fənn bakalavr ixtisasının tələbələri üçün çin dilinin ilk milli tədris proqramına onun mühüm tərkib hissəsi kimi daxil edilib.
Seminarda çıxış edənlər akademik oxu və yazı fənninin inkişafında müəlliflərin yanaşmaları, akademik yazı və essenin qiymətləndirmə meyarlarının müasir konsepsiyaları, akademik yazı və oxu tədrisində innovativ forma və metodlar, Şərq dillərində ünsiyyət qurmaq üçün tələbələrdə müstəqil bilik əldə etmək qabiliyyətlərinin inkişafı üzrə müasir təlim strategiyaları, eləcə də akademik mətnlərlə işləmək üsulları və onların məqsədləri barədə məlumat veriblər.
Sonra şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.




Tags:  Şərq dillərinin tədrisi bağlı elmi-metodik seminar



RƏYLƏR


Top news