Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılacaq

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılacaq
20:28 14 Yanvar 2016
235 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Ölkəmizin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 min 989 nəfərdən 25 min 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Onların təxminən bir faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçməyib.
Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 min 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq.
Müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin il ərzində keçirilməsi nəzərdə tutulur.
Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Diaqnostik_qiymetlendirmeden_kechen_muellimlerin_emekhaqqi_artirilacaq-918560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR