Misir ölkənin əsas kurortlarında təhlükəsizlik tədbirlərini gücləndirir

Misir ölkənin əsas kurortlarında təhlükəsizlik tədbirlərini gücləndirir
20:53 14 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 14 yanvar, AZƏRTAC
Misir hökuməti ölkənin əsas kurortlarında təhlükəsizliyi artırmaq üçün bir sıra əlavə tədbirlər görməyi planlaşdırır. Misir KİV-ləri bu məlumatı turizm naziri Hişam Zaazuanın bəyanatına istinadla yayıblar.
Onun sözlərinə görə, təhlükəsiz turizm sahəsində yüksək nailiyyətlər əldə etməsinə baxmayaraq, Misir daim turistlərin təhlükəsizliyinə ən yüksək standartlara uyğun zəmanət verməyə çalısı. Təhlükəsizliyin təmin edilməsi ölkə hökumətinin fəaliyyətinin prioritetləri sırasındadır.
Nazir bildirib ki, ümumi xərci təqribən 250 milyon Misir funtu təşkil edən yeni tədbirlər Şərm-əl-Şeyxdə və Hurqadada təhlükəsizliyə nəzarət sisteminin tətbiqini, habelə polis itlərinin sayının artırılmasını nəzərdə tutur. Onun fikrincə, bu tədbirlər kurortlarda vəziyyətə tam nəzarət etməyə imkan verəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_olkenin_esas_kurortlarinda_tehlukesizlik_tedbirlerini_guclendirir-918569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR