Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub
20:58 14 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyi 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu və 1923–1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy Yadigar haqqında “Azərbaycan–Polşa” seriyasında polyak dilində kitab çap etdirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, nəşrdə Vəli bəy Yadigarın müəllifi olduğu kitablar, məqalələr və onun özü haqqında arxiv materialları yer alıb. Səfirlik tərəfindən Polşa Ordusu Muzeyi ilə birgə əməkdaşlıq nəticəsində İSBN kodu ilə nəşr olunan kitab Polşanın Mərkəzi və universitet kitabxanalarına göndərilib.
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti və incəsənəti, ədəbiyyatı, fəlsəfə və etikası, musiqisi, memarlığı, tarixi, eposları, folkloru, mətbəxi və Azərbaycan-Polşa seriyalarında polyak dilində 35 adda kitab artıq nəşr olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsada_polkovnik_Veli_bey_Yadigar_haqqinda_kitab_nesr_olunub-918573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR