Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliyada 3500 yaşı olan qədim yaşayış məskəni aşkarlanıb

İtaliyada 3500 yaşı olan qədim yaşayış məskəni aşkarlanıb

Date: 14 January 2016 21:03


Roma, 14 yanvar, AZƏRTAC
İtaliyanın Friuli-Venesiya-Culia bölgəsində yerləşən qədim Aquileia şəhəri bu ölkənin UNESCO-nun Dünya İrs Siyahısına salınmış 51 tarixi məkanından biridir. Lakin bu yaxınlarda həmin şəhərin yaxınlığında bürünc dövrünə aid yaşayış məskəninin aşkarlanması bölgənin bəşər tarixindəki yeri haqqında yeni mülahizələr irəli sürməyə əsas verir.
Bu qədim yaşayış məskəni İtaliyanın Udine Universitetinin arxeoloqları tərəfindən Anfora kanalı yaxınlığında tapılıb. Hələ 1980-ci ildə həmin ərazidə araşdırmalar aparılmağa başlansa da, qazıntılar ötən ilin sonunda yekunlaşıb və 100 min kvadratmetr ərazini əhatə edən yaşayış məskəninin qalıqları aşkarlanıb. Qazıntılar zamanı bürünc dövrünə aid evlərin tikintisi zamanı istifadə olunmuş çınqıl və daş materiallara, yemək bişirmək üçün açıq ocaq izlərinə və müxtəlif saxsı əşyaların qalıqlarına rast gəlinib.
Qeyd edək ki, 3500 əhalisi olan Aquileia şəhəri eramızdan əvvəl 200-cü ildən eramızın 400-cü ilinədək Avropanın ən böyük və önəmli ticarət mərkəzlərindən biri olub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Tags:  İtaliyada 3500 yaşı olan qədim yaşayış məskəni aşkarlanıb


RƏYLƏR


Top news