Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda mənşəyi bilinməyən kolbasa satılır - VİDEO

Bakıda mənşəyi bilinməyən kolbasa satılır - VİDEO

Date: 14 January 2016 21:17

Paytaxtda yerləşən bazarlardan birində insan həyatı üçün təhlükə mənbəyi olan kolbasa və sosiskalar satılır. Gürcüstandan gətirilən və mənşəyi bəlli olmayan bu məhsulların satışı açıq piştaxtalarda həyata keçirilir. Mütəxəssislər də həmin kolbasa və sosiskaların insan həyati üçün çox təhlükəli olduğunu bildirirlər.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, kolbasa və sosiskalar piştaxtaya düzülərək satılır. Ətrafdakı zir-zibil və toz-torpaq da nəzərə alınmır.

Üzərindəki yazılar gürcü dilində olduğundan nə yazıldığı bilinməyən və heç mənşəyi də bəlli olmayan bu məhsullar paytaxtda yerləşən "8-ci kilometr" bazarında satılır.

Bazar ərazisində bu kolbasa və sosiskalar gigiyenik qaydalar nəzərə alınmadan satılır. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirir ki, bunlar tez xarab olan məhsullar olduğu üçün yalnız soyuducularda satılmalıdır.

Bu məhsullar toz hissəcikləri ilə və çirkləndiricilərlə təmasda olduqda insan həyatı üçün təhlükəyə çevrilir. Satıldığı ərazinin insanların sıx hərəkət etdiyi və zir-zibillə əhatələnən yer olduğunu nəzərə alsaq,vəziyyətin nə qədər acınaqcalı olduğu göz qabağındadır.

Açıq havada satıldığı üçün günəş şüaları da məhsulun tərkibinin dəyişməsinə səbəb olur.Bu da hətta,zəhərlənməylə də nəticələnə bilər.

Satıcılar isə kamera qarşısında açıqlama verməkdən imtina etsələr də,bu məhsulları Gürcüstandan gətirərək satdıqlarını və alıcılarının da kifayət qədər olduğunu bildirdilər.
Milli.Az


Tags:  Bakıda mənşəyi bilinməyən kolbasa satılır VİDEO


RƏYLƏR


Top news