Axı nə qədər çalıb-oynamaq olar?!

Axı nə qədər çalıb-oynamaq olar?!
21:28 14 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün televiziyanın cəmiyyətə geniş təsir imkanlarının olduğu inkaredilməzdir. İnsanlar efirdə yayımlanan verilişləri izləməklə əylənir, gündəlik informasiyalarla ölkədə və dünyada gedən proseslərdən agah olur. Buna görə də televiziya insanları maarifləndirmək üçün ən vacib və münasib vasitələrdən sayılır. Hətta televiziya kanallarının uşaqlar, yeniyetmələr və gənclər üzərində təsiri valideynlərin təsirindən xeyli güclüdür. Yaxşı haldır ki, ölkəmizdə bir neçə dövlət və özəl telekanal fəaliyyət göstərir. Bu telekanalların hər birinin özünəməxsus tamaşaçı kütləsi var. Amma telekanalların bir çoxunda müəyyən nöqsanlar da mövcuddur. Bəzisi həddən artıq əyləncəyə, yaxud bayağılığa, bəzisi isə yeknəsəqliyə meyillidir. Yeni layihələrə, insanların maraq və diqqətini çəkən yeni verilişlərə isə çox az-az rast gəlinir. Bəzən görürsən ki, insanlar tərəfindən heç də sevilməyən hər hansı bir telelayihənin efirdə yayımı bir neçə il davam edir. Bununla belə, hər bir televiziya şirkəti yeni mövsümdə çalışır ki, efirdən yeni formatda görünsün. Bu münasibətlə studiyalara, rəngləmələrə və yaxud verilişin formatına müəyyən dəyişikliklər olunur. Zaman-zaman bu prosesi hər bir telekanalda müşahidə edirik. 

2015-ci il artıq televiziyalar üçün də geridə qaldı. Bəs 2016-cı ildə necə olacaq? Efirdə yeni layihələri, yeni yanaşmaları görəcəyikmi? Yaxud telekanallarda nələri görmək istəyirik və ya hansı tip verilişlərin olması zəruridir?

Bu suallar ətrafında əvvəlcə paytaxt sakinləri arasında sorğu apardıq. Onlar telekanallarda yayımlanan yeni verilişlərin bəzilərinin adını çəksələr də, ümumilikdə efir məkanının yeniliyə açıq olmadığını bildirdilər. Aytən Əliyeva adlı tələbə dedi ki, telekanallar ancaq ucuz əyləncəyə qaçırlar: "Azərbaycan teleməkanında xüsusi olaraq heç bir veriliş diqqətimi çəkmir. Yəni digər xarici kanallarda gördüyümüz layihələrə, düşündürücü proqramlara rast gəlmirəm. Son vaxtlar Azərbaycan Televiziyasında "Səs Azərbaycan" musiqi yarışması yayımlanır. Bu tip televiziya layihələri çox olmalıdır. Tamaşaçı artıq daha çox şey istəyir televiziyadan".

Elçin Məmmədov adlı şəhər sakini isə belə dedi: "Yeni ilin gəldiyini televiziyalarda elə həmin axşam hiss etdim. Sonrakı günlərdə yenə də köhnə verilişlər, köhnə aparıcılar. Nə qədər Elgizə, Zaura baxmaq olar... Onların səsi artıq beynimizə yeriyib. Reytinq üçün nə desən edirlər. Özlərini düşünürlər".

Özünü Kamil kimi təqdim edən digər şəxs də bildirdi ki, televiziya kanallarında yeni layihələri, insanlar üçün əhəmiyyətli olan verilişləri çox az hallarda görür: "Axı nə qədər çalıb-oynamaq olar?! Bir xarici kanallara baxsınlar. Görsünlər orada vəziyyət necədir, peşəkarlıq necə olur...".
Yeni ildə televiziya kanallarının hansı yeni layihələrlə efirə çıxacaqlarını öyrənmək üçün bir neçə televiziya şirkəti ilə əlaqə saxlamağa çalışdıq. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat katibi Xatirə Qasımova "Kaspi"yə açıqlamasında bildirdi ki, televiziya sahəsində yeni mövsüm adətən sentyabr ayından sonra başlayır: "Amma dünya praktikasında belədir ki, yeni layihələr olduqca növbəti mövsümün başlanmasını gözləmirlər, hazır olan layihəni həmin vaxtdan efirə verirlər. Bizdə də belədir. Bu mövsüm ərzində bizdə beynəlxalq lisenziya əsasında "Səs Azərbaycan" layihəsi noyabrın 13-də yayıma başladı. Eyni zamanda, "Əlaçı" verilişi efirə çıxdı. Gözlənilən layihələrlə bağlı isə əvvəlcədən heç bir məlumat vermirik. Bu, televiziyanın yayım siyasətidir. Yeni layihələrin anonsu gedən kimi o barədə məlumat veriləcək. Ola bilsin ki, 2016-cı ildə də yeni verilişlər ərsəyə gəlsin, amma onlar hələlik layihə şəklindədir. Televiziya sirri olduğuna görə bu barədə əvvəlcədən heç nə deyə bilmərik".

ANS telekanalından isə telefonun o biri başında duran qız: "Bu barədə danışmaq qadağandır, məsul şəxslərdən heç kimlə calaşdıra bilmərəm. Mirşahinlə də danışmaq mümkün deyil"- deyə cavab verdi.

ANS-dən verilən bu aqressiv, eyni zamanda quru cavab, sən demə, şükürlü imiş. Çünki o biri televiziya kanallarının hər hansı bir telefonuna heç "alo" deyən də olmadı. Baxmayaraq ki, gün ərzində bir neçə dəfə zəng etmişdik.

Nə isə, adını "televiziya siyasəti" qoyub məsələnin üzərinə getmədik. Yetər ki, 2016-cı ildə efirdə insanların zövqünü oxşayan, onları maarifləndirən, eyni zamanda düşündürərək əyləndirən yeni verilişlər görək.

Bununla belə, mövzu barədə mütəxəssislərin də fikirləri maraqlıdır. Televiziya sahəsi üzrə mütəxəssis Qulu Məhərrəmli bizimlə söhbətində qeyd etdi ki, televiziyalar tamaşaçıya çox yaxın olmalıdır. Efirdə tamaşaçının zövqünü oxşayan, onu bilgiləndirən, dünyagörüşü verən, təfəkkürünü formalaşdıran verilişlər yayımlanmalıdır: "Bu gün cəmiyyətimizdə çox mürəkkəb proseslər gedir. Arzu edərdim ki, bizim televiziyalarda diskussiyalar, ictimai müzakirələr aparılsın. Bu, çox vacibdir. Səmərəli müzakirələr təşkil olunsun ki, insanlarımız ətrafda gedən proseslərdən baş çıxara bilsinlər. Belə sanballı verilişlər olmayanda camaat şayiələrlə yaşamalı olur. Bu isə insanların düşüncəsini kütləşdirir. Arzu edirəm ki, televiziya cəmiyyətin televiziyası olsun".

Q.Məhərrəmli bizim televiziyaların problemini bir neçə qismə bölür. Bunların birincisi peşəkarlıqla bağlıdır. Efirdəki yeni layihələrin azlığı da bu peşəkarlıqla əlaqəlidir: "Digər məsələ isə maliyyə problemidir. Bunu xüsusən özəl televiziyalara aid edirəm. Amma bizim dövlət büdcəsindən maliyyələşən, dövlətin külli miqdarda maliyyə vəsaiti ayırdığı telekanallar da var. İş orasındadır ki, bu teleşirkətlər də eyni xəstəliyə tutulublar. Yəni onlarda da yeni layihələri çox az görürük. Layihə deyəndə biz yeni verilişləri nəzərdə tuturuq. O verilişin ki yaşamağa, reallığı əks etdirməyə iqtidarı yoxdur, tamaşaçını maraqlandırmır, onu saxlamaq olmaz. Tamamilə yeni düşüncə, yeni yanaşma, həyatın çağırışlarına cavab verən yeni verilişlər ortaya çıxmalıdır. İstər əyləncəli, istər publisistik, istər informativ, istərsə də bədii proqram olsun. Bunların hər birində yenilik olmalıdır, insanları hərəkətə gətirən, düşündürən, onları narahat edən suallara cavab verən layihələr olmalıdır. Televiziyaya yalnız rəngli qutu kimi baxmaq doğru deyil. Televiziya bizim üçün birbaşa məlumat mənbəyidir. Bu gün internet və başqa kütləvi informasiya vasitələri ilə yanaşı, televiziya bu sahədə öz birinciliyini qoruyub saxlayır. Bizim teleməkanda da televiziya bu rolunu, statusunu qoruyub saxlamaq üçün canlı olmalıdır. Televiziya cəmiyyətlə ayaqlaşmalıdır, onu ifadə etməlidir. Belə olmadıqda telekanallar insanlar tərəfindən daim narazılıqla qarşılanacaq".

Millət vəkili Fazil Mustafa isə mətbuata açıqlamasında bildirib ki, o, əsasən xəbər proqramlarını izləyir: "Şou verilişlərini demək olar ki, izləmirəm. Bu proqramlar mənim marağımı cəlb eləmir. Əsasən xəbərlərə baxıram. Mən daha çox analitik verilişləri izləməyi sevirəm. Bu proqramlar da yerli telekanallarda demək olar ki, yoxdur. Bu səbəbdən də Türkiyə kanallarından izləməli oluram. Televiziyalar əhalinin maraqlarına uyğun yayım siyasəti aparmırlar. Daha çox özlərinin müyyən etdiyi standartlar üzərində qalmağa üstünlük verirlər. Bu, reklam siyasətindən asılıdır. Əgər telekanallar auditoriyanın maraqlarını nəzərə almırlarsa, deməli, leqal reklam siyasəti deyil, fərqli reklam siyasəti yürüdürlər. Məsələnin əsası budur. Nəticədə yerli televiziyalar tamaşaçı auditoriyasını xarici televiziyalara, əsasən də Türkiyə telekanallarına uduzurlar".

kaspi.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

22 yaşlı gənc 70 yaşlı kişinin gözlərini oydu - DƏHŞƏT

29 İyun 2017 06:33

Avstriyanın ecazkar memarlığı - FOTO

29 İyun 2017 06:32

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

29 İyun 2017 06:07

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 05:59

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 05:52

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 05:43

Mərakeşdə etirazlar zamanı 80 polis yaralandı

29 İyun 2017 05:38

Evdəki mavi və boz - FOTO

29 İyun 2017 05:32

Azərbaycanın turizm şirkətləri Bolqarıstanda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcəklər

29 İyun 2017 05:07

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53

ABŞ-da universitetdə partlayış olub

29 İyun 2017 03:42

Astroloji proqnoz -

29 İyun 2017 03:42

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 03:36

Mətbəx əlüzyuyanları - FOTO

29 İyun 2017 03:32

İtaliya miqrantlara qapılarını bağlayır

29 İyun 2017 03:24

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18

ABŞ xarici təyyarələrə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq etdi

29 İyun 2017 01:09

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 01:08

Konfederasiyalar Kubokunda ilk finalçı bəlli oldu

29 İyun 2017 00:49

Çili finala yüksəldi -

29 İyun 2017 00:47

Xəzərdə qayıq qəzaya uğradı

29 İyun 2017 00:38

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı

29 İyun 2017 00:23

“İpək Yolu” Festivalında Polşa və Macarıstan müşiqiçiləri çıxış edib

29 İyun 2017 00:22

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 00:17

Astroloji proqnoz - 29 iyun

29 İyun 2017 00:13

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

29 İyun 2017 00:05

Günün qoroskopu: bir çox işlərinizdə qabağa gedə biləcəksiniz

29 İyun 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 3,3% bahalaşıb

29 İyun 2017 00:01

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb

28 İyun 2017 23:57

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:57

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTO

28 İyun 2017 23:57

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

28 İyun 2017 23:57

Suyun altında məzun günü keçirildi - VİDEO

28 İyun 2017 23:57