Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İran Rusiya ilə danışıqlara başladı (FOTO)

İran Rusiya ilə danışıqlara başladı (FOTO)

Date: 14 January 2016 22:31

İran Rusiyadan gələn turist axınının sayını artırmağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, turizm sahəsində əməkdaşlığı müzakirə etmək üçün, İran başda Mədəni İrs və Turizm idarəsənin rəhbəri Murtaza Rəhmani olmaqla öz nümayəndə heyətini Moskvaya göndərib.

İranın Rusiyadakı səfiri Mehdi Sənani bidirib ki, əlaqələrin qurulması üçün yanvarın 15–də İran və Rusiya turizm şirkətləri rəhbərlərinin iştirakı ilə görüş keçiriləcək. Görüş zamanı hər iki ölkənin turizm sənayesi müzakirə mövzusu olacaq.


Mehdi Sənani - İranın Rusiyadakı səfiri

2015-ci ilin son 9 ayı ərzində Rusiyaya gedən İran vətəndaşlarının sayı 42.5 min nəfər olub ki, buda ötən illərə nisbətən 65% çox nəticədir. İrandan Rusiyaya gedən, 34 min iranlının isə turist olduğu bildirilir.

21 yanvardan İran aviaşirkəti ”Mahan Air” həftəlik birbaşa Moskva və Tehran arası uçuşları təşkil edəcək. 2016-cı il fevralın 20-dən isə reyslərin sayı həftədə 2 dəfə olmaqla artırılacaq. Bir neçə ildi təxirə salınan reyslər ötən il bərpa edilib.

Tags:  İran Rusiya danışıqlara başladı FOTO



RƏYLƏR


Top news