Nüfuzlu Fransa şirkətinin səhmləri ucuzlaşdı

Nüfuzlu Fransa şirkətinin səhmləri ucuzlaşdı
05:41 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Fransada polisin iri avtomobil istehsalçısı “Renault”un müəssisələrində keçirdiyi reyddən sonra avtokonsernin səhmləri 20 faiz ucuzlaşıb. ANS PRESS-in məlumatına görə, şirkət rəsmiləri axtarışların ötən həftə zavodlarda keçirildiyini və müstəntiqlərin şirkətə aid avadanlıqları yoxlamağa çalışdıqlarını təsdiq edib.

İddiaya görə müstəntiqlər “Volkswagen” kimi “Renault” şirkətinin avtomobillərinin də emissiya ilə bağlı texniki baxış nəticələrini saxtalaşdıran avadanlıqla təchiz olunduğundan şübhələnib. Habelə şirkət rəsmilərinə görə, aparılan yoxlamalarda qurğuların və ya avadanlıqların emissiya nəticələrini saxtalaşdırmasına dair heç bir fakt aşkarlanmayıb.

“Renault” avtokonserninin bəyanatına Fransanın energetka naziri Seqolin Royal da qüvvət verərək, yoxlamalar zamanı bununla bağlı hər hansı pozuntuların üzə çıxmadığını təsdiq edib.

“Renault” şirkətinin zavodlarında polis nəzarəti altında axtarışların aparılması xəbəri, ilk əvvəl “Renault” həmkarlar ittifaqına çatıb. Həmkarlar ittifaqı axtarışlarda əsasən əsasən avtomobilərdə mühərrikin idarəetmə sisteminin hədəfə alındığını və polis zabitlərinin bir neçə direktorun fərdi kompyuterlərini müsadirə etdiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR