Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olundu - FOTO

Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olundu - FOTO
07:17 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Gürcüstanda  Dövlət Bayrağı Günü qeyd olunub. Milli.Az APA-ya istinadən bildirir ki, ölkənin müxtəlif  9 bölgəsində Dövlət Bayrağı Günü qeyd olunduqdan sonra Gürcüstanın prezident sarayında dövlət bayrağına həsr olunan  tədbir keçirilib. Tədbir çərçivəsində Gürcüstanın prezident sarayına yeni hazırlanmış və gerb əks olunan milli bayrağın orijinalı gətirilib. Prezident sarayında ölkə prezidentinin təklifi ilə dövlət bayrağı uğrunda həlak olan insanların xatirəsi anılıb.
"Biz vətənimizin azadlığı üçün mübarizə aparan və əsrlər boyu  vətən uğrunda həlak olanların əziz xatirəsini anırıq. Onların işıqlı xatirəsi bizim üçün əbədidir", deyə  prezident bildirib.
 
Sonra prezident  G. Marqvelaşvili çıxış edərək ölkənin müxtəlif bölgələrindən gələn gəncləri  və ali məktəblərdə təhsil alan tələbələri salamlayıb və onları Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. Prezident dövlət bayrağı haqqında ətraflı məlumat verib.
 
Prezidentin çıxışından sonra Gürcüstanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
 
Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə də gürcü və azərbaycanlı tələbələrin iştirakı ilə Dövlət Bayrağı Günü qeyd olunub. Tədbir çərçivəsində Marneulidəki Ədliyyə Evinin qarşısında dövlət himni səsləndirilib və bayraq qaldırılıb. Sonra tələbələr Gürcüstanın prezident sarayında keçirilən Dövlət Bayrağı Günü bayramına qatılıblar. Tədbirə yerli bələdiyyələrin nümayəndələri də qoşulublar.
 
Həmin gün prezident sarayında Dövlət Bayrağı Günü bayramı ilə bağlı qəbul da təşkil edilib.
 
Qeyd edək ki, 2004-cü ilin yanvarın 14-də Gürcüstan parlamenti Gürcüstanın Dövlət Bayrağı olan milli bayrağının  təsdiq olunduğunu elan edib və 2012-ci il yanvarın 14-ü Dövlət Bayrağı Günü elan edilib.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR