Komor da İrana arxa çevirdi

Komor da İrana arxa çevirdi
08:32 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Komor Adaları İttifaqı Respublikası İranla diplomatik münasibətlərin dayandırılmasına dair qərar verib.
Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar Komor Adaları hökumətinin iclasında qəbul olunub.
 
Bundan əvvəl Komor Adaları Respublikası Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İrandakı səfirini geri çağırıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
 
Bəhreyn, Sudan və Cibuti Tehranla əlaqələrini kəsmiş  Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İranla diplomatik münasibətləri dayandırıblar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR