Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvadan Azərbaycana uçmalı olan təyyarə reysləri təxirə salındı

Moskvadan Azərbaycana uçmalı olan təyyarə reysləri təxirə salındı

Date: 15 January 2016 09:49

Bu gün Moskvanın "Domodedovo" hava limanından Azərbaycanın Qəbələ və Gəncə şəhərlərinə uçmalı olan təyyarə reysləri təxirə salınıb.

Report aeroportun elektron tablosuna istinadən xəbər verir ki, Moskva-Qəbələ reysi (Reys "NN 433", "Boeing 757-200", "VİM-Avia" şirkəti) Bakı vaxtı ilə saat 10:30-da havaya qalxmalı və 14:00-da Azərbaycanda eniş etməli idi.

Digər təxirə salınan "U6 2411" reysi ("Airbus A321", "Ural Airways" aviaşirkəti) Bakı vaxtı ilə 10:50-də Moskvadan uçmalı və 14:35-də Gəncədə eniş etməli idi.
Qeyd edək ki, artıq bir həftəyə yaxındır ki, Moskvanın əsas hava limanlarında hava şəraitinin çovğun və qarlı olması səbəbindən onlarla təyyarə reysi təxirə salınır və ya gecikmə ilə həyata keçirilir.


Tags:  teyyare reysleri teyyare reysi texire salindi domodedovo hava limani


RƏYLƏR


Top news