Avtobus dağdan aşdı, 14 nəfər öldü

Avtobus dağdan aşdı, 14 nəfər öldü
11:01 15 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada turistləri daşıyan avtobus aşıb, ölən və yaralananlar var.

ANS PRESS-in məlumatına görə, avtobus turistləri Tokiodan dağ-xizək kurortu olan Naqanoya aparıb. Elə hadisə də dağ yolunda baş verib. Ehtimal olunur ki, avtobus qarşı hərəkət zolağına çıxıb, hasara çırpılaraq, üç metr hündürlükdən aşağı düşüb.


Dağdan aşan avtobus


Xarici KİV-lərin məlumatına əsasən, avtobusda 39 turist və 2 sürücü olub. Onlardan 14 nəfəri hadisə yerindəcə keçinib. 27 nəfər isə yaralanıb, yaralananlardan 19-nun vəziyyəti daha ağırdır. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər. Sərnişinlərin çoxunun gənc - 20 yaşlarında olduğu deyilir.

Nəqliyyat vasitəsi "Keyth Tour" büdcə operatora məxsus olub. Şirkətin rəhbərliyi baş verən hadisə haqqında ictimaiyyətə açıqlama vermək istəməyib.

Hazırda insidentlə bağlı araşdırmalar aparılır. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi öyrənilir.


Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları


Yaponiyada analoji hal son bir neçə ildə tez-tez baş verir. Ən son baş verən hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub. Hadisə nəticəsində ölən olmasa da, onlarla insan xəsarət alıb.

Yaponiya - 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası - Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 9,1 milyon nəfər Yaponiyanın paytaxtı Tokioda yaşayır.


Yaponiya


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR