Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Günəşli"dəki qəza neft-qaz hasilatına ciddi təsir göstərib"

""Günəşli"dəki qəza neft-qaz hasilatına ciddi təsir göstərib"

Date: 15 January 2016 11:27

"Qaz hasilatı ilə bağlı proqnozlardan bəhs edərkən, dərin kədər hissi ilə qeyd etmək lazımdır ki, ötən il dekabrın 4-də "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərib".

Milli.Az Lent.az-a istinadən bildirir ki, sənaye və energetika naziri Natiq Əliyev "Respublika" qəzetindəki məqaləsində qeyd edib ki, qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri gələn 2016-cı ilin göstəricilərində öz əksini tapacaq: "Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq fədakar Azərbaycan neftçiləri öz fəaliyyətlərini əzmlə davam etdirərək, neft tariximizə yeni-yeni uğurlar bəxş etməkdədirlər. Belə ki, 2015-ci ildə AÇG yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılıb, geoloji-kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılıb. 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji kəşfiyyat işləri başlayıb, "Şəfəq-Asiman" dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılıb. Həmçinin, gələcək kəşfiyyat işlərinin mümkünlüyünü müəyyənləşdirilməsi geoloji və geofiziki tədqiqatların aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın "RWE Dea" şirkəti Xəzərdə, Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə saziş imzalanıb".

Milli.Az


Tags:  Günəşlidəki qəza neft-qaz hasilatına ciddi təsir göstərib


RƏYLƏR


Top news