Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkəyə qanunsuz keçirilən dərmanlar xəstəxanalara necə yayılır?

Ölkəyə qanunsuz keçirilən dərmanlar xəstəxanalara necə yayılır?

Date: 15 January 2016 13:12

"Yeni ildən sonra hər gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müxtəlif rayonlardan bəzi şirkətlərin qiymətləri artırması ilə əlaqədar müraciətlər daxil olur. Hər bir müraciət ciddi şəkildə araşdırılır və bundan sonra lazımi addımlar atılır. Peşəkar iş adamları belə hallara, yəni süni qiymət artımına yol vermirlər".

Milli.Az Report-a istinadən bildirir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Qiymət artımını başa düşmək olar, ancaq elə məhsullar var ki, onların qiymətində süni artıma yol verilməsi düzgün deyil. Misal olaraq, müəyyən dərman vasitələri var ki, onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyib. Bəzi sahibkarlar gömrük keçid məntəqəsindən hansısa dərmanı 100 manatlıq qiymətlə keçirib onu ölkədə 500 manata satırsa, buna süni qiymət artımı deməmək mümkün deyil. Hətta elə hallar olur ki, bir çox dərmanlar qanunsuz şəkildə ölkəyə gətirilir. Bəziləri isə həmin dərman preparatlarını xəstəxanalara həkimlərin vasitəsi ilə keçirirlər. İdarəmiz bu istiqamətdə tədbirlərini davam etdirir", - K.Əliyev bildirib.

Milli.Az


Tags:  Ölkəyə qanunsuz keçirilən dərmanlar xəstəxanalara yayılır


RƏYLƏR


Top news