İqtisad Universitetində nümunəvi dərslər aylığına başlanılıb

İqtisad Universitetində nümunəvi dərslər aylığına başlanılıb
13:13 15 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində universitetin professorları və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, dərslərdə universitetin müəllimləri, doktorant, dissertant, gənc müəllim və əməkdaşları ilə yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.
Layihənin məqsədi təhsil verənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsindəki biliklərini gənc nəslə ötürməsidir.
Müasir dövrün aktual problemlərinə həsr olunan nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktik bacarıqlara da yiyələnəcəklər.
Nümunəvi dərslər bir ay davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universitetinde_numunevi_dersler_ayligina_baslanilib-918710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR