Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətlərinin rəhbər heyəti ilə görüşüb

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətlərinin rəhbər heyəti ilə görüşüb
13:48 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Rusiya hərbçiləri kimyəvi silahdan müdafiə məsələsini müzakirə ediblər (27 Aprel 2017 11:12)
Nəcməddin Sadıkov Beynəlxalq müdafiə sərgisində iştirak edib - (26 Aprel 2017 20:58)
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib (26 Aprel 2017 19:02)


Bakı, 15 yanvar, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissə və birləşmələrin tibb xidməti rəisləri, tibbi hərbi hissə və müəssisələrin komandirləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şöbə və bölmə rəislərinin iştirak etdikləri toplantıda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. “Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”, - deyə nazir bildirib.
General-polkovnik Z.Həsənov Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Silahlı Qüvvələrdə quruculuq işlərindən, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün görülən vacib tədbirlərdən danışıb.
“Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər cənab Prezidentin dediyi kimi, “torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır”. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”, - deyə nazir diqqətə çatdırıb.
Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan nazir vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.
Müdafiə naziri hərbi qulluqçularımızın Vətən qarşısında xidməti borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə əminliyini bildirərək Silahlı Qüvvələrin tibb heyətinə uğurlar arzulayıb.
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb.
General-mayor N.Əliyev qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyəsi üçün təcili yardım helikopterinin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduqlarını söyləyib.
Sonda nazir toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ramil Şeydayevin "Jilina"da növbəti qolu - VİDEO

29 Aprel 2017 13:17

"Sevgilim deyil, anamdır" - Pərt oldu - VİDEO - FOTO

29 Aprel 2017 13:12

“Şimali Koreyaya hücuma hazırıq” – ABŞ Çinə mesaj verdi, qarşıdurma başlandı

29 Aprel 2017 13:08

Torpağa yumurta əkin, möcüzəyə inanmayacaqsınız...

29 Aprel 2017 13:08

Elçin Quliyev və Aydın Əliyev Hava Limanını yoxladılar

29 Aprel 2017 13:05

Məhəbbət dördbucağı: Bir-birini sevən qızlar tutuldular - FOTO

29 Aprel 2017 13:05

Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib

29 Aprel 2017 13:02

Bakıda polis kompleks tədbirlərə başladı

29 Aprel 2017 12:58

Nardaranda polisin növbəti əməliyyatı: silah-sursat aşkar edildi

29 Aprel 2017 12:57

Həftəsonunun maraqlı matçlarını yayımlayacaq kanallar

29 Aprel 2017 12:57

Azərbaycan taekvondoçusu Afinada qızıl medal qazanıb

29 Aprel 2017 12:57

Fanatı müğənnini bu sözləri ilə ağlatdı

29 Aprel 2017 12:56

Son 7 ildə məzunların sayı 11% azalıb

29 Aprel 2017 12:53

Aktyor həbs olundu, serialın çəkilişləri dayandı - FOTO

29 Aprel 2017 12:52

İstirahət gününün HAVAsı

29 Aprel 2017 12:52

"Kimin artıq arvadı varsa, qardaşına versin" - Mingəçevir axundu - VİDEO

29 Aprel 2017 12:52

İstirahət gününün hava proqnozu

29 Aprel 2017 12:50

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

29 Aprel 2017 12:50

Nazir müavini: Sahibkarlar ətraf mühitə vurulan ziyana görə təzminat ödəmək istəmir

29 Aprel 2017 12:50

Bazar günü hava necə olacaq? - PROQNOZ

29 Aprel 2017 12:49

Azərbaycana idxal bu il 490 mln. dollar azalıb

29 Aprel 2017 12:47

İstirahət gününün hava proqnozu açıqlandı

29 Aprel 2017 12:47

Bakı polisi bir günə bunları etdi - QORXUNC STATİSTİKA

29 Aprel 2017 12:44

ABŞ-ın MƏXFİ SURİYA PLANI: ölkə parçalanır, Türkiyə və Rusiya... - XƏRİTƏ

29 Aprel 2017 12:43

Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

29 Aprel 2017 12:43

Bakıda avtomatlı şəxs saxlanıldı

29 Aprel 2017 12:42

Bazar gününə olan hava proqnozu açıqlanıb

29 Aprel 2017 12:42

Azərbaycanın etiraz notası: "Ukrayna Azərbaycana əngəl törədir"

29 Aprel 2017 12:42

Dünyanın ən soyuq kəndinə səyahət

29 Aprel 2017 12:42

Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib, 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilib

29 Aprel 2017 12:37

Ağsu çayında kişi meyiti tapıldı

29 Aprel 2017 12:37

Müşavir: Bakı Şopinq Festivalı Bakını tanınmış ticarət məkanı kimi məşhurlaşdıra bilər

29 Aprel 2017 12:35

Nardaranda silah-sursat tapılıb

29 Aprel 2017 12:35

“McAfee” antivirusunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək

29 Aprel 2017 12:35

Myanmada avtobus dərəyə aşıb - 19 ölü

29 Aprel 2017 12:34

DSX və Gömrük Komitəsinin rəhbərləri Hava Limanında İslam Oyunları ilə bağlı yoxlama apardı

29 Aprel 2017 12:34

Keçmiş məhkum avtomatla saxlanılıb

29 Aprel 2017 12:34

Bakıda istirahət mərkəzinin qarşısında 49 yaşlı kişini maşın vurub öldürdü

29 Aprel 2017 12:34

BŞBPİ: Müxtəlif cinayətlər törədən 11 nəfər tutulub

29 Aprel 2017 12:34

Avtobus dərəyə aşdı: 19 ölü - Myanmada

29 Aprel 2017 12:32

Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - FOTO

29 Aprel 2017 12:32

Gecələri gec yatanlara həkimlərdən XƏBƏRDARLIQ!

29 Aprel 2017 12:31

Keçmiş məmur: "MTN-də İlqar Əliyev mənə oğlumun maşınından silah, narkotik çıxa biləcəyini dedi"

29 Aprel 2017 12:27

Ana kədərinin nə olduğunu bilirsiniz? - FOTO

29 Aprel 2017 12:27

Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb

29 Aprel 2017 12:24

İngilislər öz pullarına hörmətsizlik etdilər

29 Aprel 2017 12:23

Azərbaycan neftinin qiyməti 1% artıb

29 Aprel 2017 12:22

Tanınmış sirk ustası: "Bakı Şopinq Festivalı müxtəlif ölkələrdən turist cəlb etmək üçün əla ideyadır"

29 Aprel 2017 12:22

"Azərbaycan ATƏT-in təkliflərinə veto qoyub"

29 Aprel 2017 12:22

Türkiyədə "Wikipedia"-ya giriş bağlandı

29 Aprel 2017 12:22