“Kəpəz” komandası “Qaradağ-Lökbatan” ilə yoldaşlıq oyunu keçirəcək

“Kəpəz” komandası “Qaradağ-Lökbatan” ilə yoldaşlıq oyunu keçirəcək
14:33 15 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubunun yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Kəpəz” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında “Qaradağ-Lökbatan”la üz-üzə gələcək. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 17-də Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, “Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Komanda yanvarın 23-də “Neftçi”, üç gün sonra isə “Ağsu” ilə qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kepez_komandasi_Qaradag_Lokbatan_ile_yoldasliq_oyunu_kechirecek-918742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR