Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Terrorçular hərbi bazanı ələ keçirdilər

Terrorçular hərbi bazanı ələ keçirdilər

Date: 15 January 2016 15:27

Əş-Şəbab terror təşkilatı Afrika Birliyinin Somalinin Keniya ilə sərhədində yerləşən hərbi bazasına hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, qarşıdurma nəticəsində 50-dən artıq sülhməramlı hərbçi həlak olub.
 
Somali Müdafiə Nazirliyinin nümayəndəsi Hüseyn Əbdül qarşıdurmanın hələ də davam etdiyini açıqlayıb.
 
"Röyter"ə danışan Əş-Şəbab təşkilatının hərbi əməliyyatlar üzrə nümayəndəsi Şeyx Abdiaziz əbu Musab bazanı ələ keçirdiklərini, 63 sülhməramlı hərbçini məhv etdiklərini açıqlayıb.
 
Musab bazada keniyalı hərbçilərin xidmət etdiyini bildirib.

Milli.Az


Tags:  Terrorçular hərbi bazanı ələ keçirdilər


RƏYLƏR


Top news