Azərbaycan Xalça Muzeyi qonaqlarda xoş təəssürat yaradıb

Azərbaycan Xalça Muzeyi qonaqlarda xoş təəssürat yaradıb
15:28 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru, Rusiyada Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun təsisçisi Şamil Tağıyev və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təsisçisi və sədri Səbuhi Abbasov Xalça Muzeyinin qonağı olublar.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara Azərbaycan Xalça Muzeyinin yaranma tarixi barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin nümunələri təqdim olunur. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır.
Qeyd edilib ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Daha sonra muzeyin zəngin kolleksiyası ilə tanış olan qonaqlar, Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlıqlarını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xalcha_Muzeyi_qonaqlarda_xos_teessurat_yaradib-918773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR