Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Uşağımın atası da, anası da mənəm"

"Uşağımın atası da, anası da mənəm"

Date: 15 January 2016 17:00

Müğənni Ayan Babakişiyeva telekanalların ona qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, müğənni qadağaların sifarişlə qoyulduğunu deyib:

"İki il bundan əvvəl qadağa sifarişlə qoyulub. Həmin vaxtlarda İnstagram səhifəmdə paylaşım edirdim ki, bir neçə saat sonra filan verilişdə olacam. Efirə bir saat qalmış mənə zəng edirdilər ki, "verilişə gəlmə, dedilər olmaz". Sifarişli qadağalar idi bunlar. Həmin vəziyyət bu gün də davam edir".

Müğənni Ayana uşağını böyütmək üçün kimlərdənsə dəstək aldığı barədə yayılan şayiələrə də aydınlıq gətirib:

"Uşağımın atası da, anası da mənəm. Heç kimin dəstəyinə, maddi yardımına ehtiyacım yoxdur. Övladımı özüm böyüdürəm. Lazımsız söz-söhbətlər eşitmək istəmirəm".

Qeyd edək ki, axşam.az saytı müğənni Ayan Babakişiyevanın ATV, "Space" və ANS -in "qara siyahı"sına düşdüyü yazmışdı.


Tags:  mugenni ayan babakisiyeva ayan telekanallar qadaga

RƏYLƏR


Top news