Məhsul bol, qiymət ucuz - Bazardan reportaj - FOTO

Məhsul bol, qiymət ucuz - Bazardan reportaj - FOTO
17:12 15 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Market və mağazalarda ərzaq məhsullarının qiymətində qeydə alınan artım bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində özünü büruzə vermir. Gəncənin bazarlarında apardığımız müşahidələr onu deməyə əsas verir ki, həttə bəzi məhsulların qiyməti aşağı düşüb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bazarlarda satışa çıxarılan kənd təsərrüfatı məhsulları elə əvvəlki qiymətlərlə alıcılara satılır. Üstəgəl, xaricdən gətirilən kartofun hər kiloqramı 10 qəpik ucuzlaşıb. Bununla belə satıcılar alıcılıq səviyyəsini olduqca aşağı hesab edir. 

Tünzalə Bağırova - satıcı: "Bizdə qiymət artımı yoxdur. İspanaqları alırıq 8 qəpiyə, satırıq 10 qəpiyə. Soğanı alırıq 12 qəpiyə, satırıq 15 qəpiyə, tərələri alırıq 10 qəpiyə,  satırıq 15 qəpiyə. Yəni bizdə heç bir artım yoxdur".

Şölə Mənsimova - satıcı: "Bahalaşma yoxdur, əvvəl necə satırdıq indi də elə satırıq. Ancaq alıcı qüvvəsi, demək olar ki, heç yoxdur. Bu gün heç satdığım malın mayasını çıxara bilməmişəm".

Bazarlarda kənd təsərrüfatı məhsullarında qiymət artımına müəyyən vaxtlarda rast gəlinir ki, bu da hava şəraiti ilə bağlı olur. Soyuq havada bazara az miqdarda çıxarılan məhsul qiymətə təsir göstərir. Bu zaman qısamüddətli qiymət artımı müşahidə olunur.

Hüseyn İdrisov - kənd təsərrüfatı mütəxəssisi: "İndiki dövrdə hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq yalnız göyərtinin qiymətində müəyyən qədər artım ola bilər. Yenə də burada da qiymətin kəskin qalxmasına heç bir əsas yoxdur. Bir neçə gün bundan əvvəl qar yağan müddətdə, məsələn, göyərtinin 1 dəstəsi 40 qəpiyə və hətta 60 qəpiyə qalxmışdır. Bu da onunla əlaqədardır ki, məhsul bazara az daxil olanda, istər- istəməz qiymət qalxacaqdır".  

Qeyd edək ki, bazarlarda kənd təsərrüfatı məhsulları arasında qiymət artımı yalnız xaricdən gətirilən meyvə və giləmeyvələrdə müşahidə edilir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR