Dünya şöhrətli fotoqraf Enni Leybovitsin fotosərgisi açılıb

Dünya şöhrətli fotoqraf Enni Leybovitsin fotosərgisi açılıb
18:08 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Londonda tanınmış amerikalı fotoqraf Enni Leybovitsin “Qadınlar: yeni portretlər” adlı fotosərgisi açılıb.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, E. Leybovits məşhur və məşhur olmayan qadınların fotolarını çəkərək onların siyasət, idman, musiqi, rəsm dünyası, ədəbiyyat və bütün həyata necə təsir etdiklərini göstərir.
Sərgidə Malala, Lina Danem, Marina Abramoviç, Adel Emi Şumer, Serena və Vinus Uilyams və.s tanınmışların fotoları ilə yanaşı, ilk dəfə olaraq nümayiş olunan fotolar da yer alıb.
Sərgi fevralın 17-dək davam edəcək.
Qeyd edək ki, E. Leybovits uyğun yerləri seçmək qabiliyyəti ilə həmişə fərqlənib. Belə ki, “Qadınlar: yeni portretlər” sərgisini Tokio, San-Fransisko, Sinqapur, Honkonq, Mexiko, Nyu-York, Sürix, İstanbul və Frankfurta görmək mümkün olacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_sohretli_fotoqraf_Enni_Leybovitsin_fotosergisi_achilib-918871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR