Misir Yəməndə hərbi əməliyyatda iştirakını bir il müddətinə uzadıb

Misir Yəməndə hərbi əməliyyatda iştirakını bir il müddətinə uzadıb
18:23 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 15 yanvar, AZƏRTAC
Misirin Milli Müdafiə Şurası özünün Yəməndə ərəb ölkələrinin hərbi koalisiyası tərkibində iştirakının bir il müddətinə uzadılması barədə qərar qəbul edib.
Şuranın Prezident Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçən iclasında ölkənin milli mənafeyinin müdafiəsi məqsədi ilə Qırmızı dəniz regionundakı Bab-əl-Məndab boğazı rayonunda və Fars körfəzində Misir qoşunlarının iştirakı müddətinin uzadılması haqqında qərar qəbul edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_Yemende_herbi_emeliyyatda_istirakini_bir_il_muddetine_uzadib-918880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR