Gədəbəy: yerli məhsulların qiymətini süni artıranlara qarşı sərt cəza tədbirləri görüləcək

18:33 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Gədəbəy rayon rəhbərliyi ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə süni qiymət artımının qarşısının alınması ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon icra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra hakimiyyətinin başçısı Əhəd Abıyev dünya iqtisadiyyatında baş verən proseslərin ölkəmizə təsirindən, manatın devalvasiyasından sonra yaranan iqtisadi çətinliklərdən danışıb. Bildirib ki, bu vəziyyətdən sui-istifadə etməyə cəhd göstərən bəzi işbazlar yerli məhsulların qiymətini artırıblar. Prezident İlham Əliyevin tapşırığı ilə bu cür hallara qarşı sərt cəza tədbirləri görüləcək.
Diqqətə çatdırılıb ki, bununla bağlı rayonda xüsusi komissiya yaradılıb və pərakəndə ticarət obyektlərinə baxış keçirilib, maarifləndirmə işi aparılıb. Hüquq mühafizə orqanlarının iştirakı ilə bu sahəyə tam nəzarət olunur.
Vurğulanıb ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
İclasda məlumat verilib ki, rayonun qaz, elektrik enerjisi təsərrüfatında yenidənqurma işləri aparılır. Hazırda uzun müddətdən bəri problemli məsələ olaraq qalan Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Bu layihənin həyata keçirilməsi Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, rayonun qazlaşdırılmayan yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi bu il də davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gedebey_yerli_mehsullarin_qiymetini_suni_artiranlara_qarsi_sert_ceza_tedbirleri_gorulecek-918885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR