Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neftçala”-“Şərurspor” matçında məhsuldar heç-heçə qeydə alınıb

“Neftçala”-“Şərurspor” matçında məhsuldar heç-heçə qeydə alınıb

Date: 15 January 2016 19:08


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Topaz Premyer Liqası və birinci divizion klublarının iştirakı ilə təşkil olunan futbol üzrə "CBC Sport Kubok"u turnirində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci yarış günündə birinci divizionun iki komandası qarşılaşıb. “Bayıl Arena”da keçirilən görüşdə “Neftçala” və “Şərurspor” komandaları 2:2 hesablı heç-heçəyə razılaşıblar. “Neftçala” komandasından qolları Aqşin Muxtaroğlu və Anar Babayev vurub. “Şərurspor”dan isə Rəhman Musayev dubl edib.
Yanvarın 14-də keçirilmiş açılış oyununda “Neftçi” komandası AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, turnirdə Topaz Premyer Liqasından “Neftçi” və AZAL, birinci diviziondan isə MOİK, “Neftçala” və “Şərurspor” klubları iştirak edir. Turnir çərçivəsində növbəti oyun yanvarın 16-da AZAL və MOİK komandaları arasında keçiriləcək.



Tags:  Neftçala-Şərurspor matçında məhsuldar heç-heçə qeydə alınıb


RƏYLƏR


Top news