Bakının “İnter” klubu Almaniyanın “Verder” komandası ilə qarşılaşıb

Bakının “İnter” klubu Almaniyanın “Verder” komandası ilə qarşılaşıb
19:13 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 15-də növbəti yoxlama görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, paytaxt klubu ikinci sınağında da Almaniya təmsilçisi ilə qarşılaşıb. Belə ki, “İnter” bir neçə gün əvvəl bu ölkənin "Verder" klubunun ikinci komandası ilə qarşılaşmış və 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Ancaq bu dəfə baş məşqçi Zaur Svanadzenin çalışdırdığı kollektiv “Verder”"in əsas komandası ilə qarşılaşıb. Lakin Bakı təmsilçisi yenə meydandan məğlub ayrılıb – 0:1.
“İnter”in Antalya toplanışında daha iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Bakı təmsilçisi yanvarın 19-da Çexiyanın “Slovan”, dörd gün sonra isə Qazaxıstanın “Atırau” kollektivi ilə üz-üzə gələcək.
 





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Inter_klubu_Almaniyanin_Verder_komandasi_ile_qarsilasib-918913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR