İndoneziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

19:23 15 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İndoneziyanın ölkəmizdəki səfiri Raden Prayono Atiyanto ilə görüşüb.
Görüşdə Elmar Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Prezidenti Coko Vidodoya, özünün isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarını qeyd edib. O, terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını deyib.
Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib. Nazir İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə qeyd edib.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.
Səfir Raden Prayono Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyanin_Azerbaycandaki_sefirinin_diplomatik_fealiyyeti_basa_chatir-918917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR