Sarayevoda “Dinlərarası dialoq: ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçiriləcək

21:23 15 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Fevralın 2-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Sarayevo Müştərək Cəmiyyətlər və Dəyərlər Fondunun təşkilatçılığı ilə xüsusi toplantı keçiriləcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Dinlərarası dialoq: ekstremizmə cavab” mövzusunda keçiriləcək toplantı martın 10-11-də Bakıda təşkil ediləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Hollandiyanın sabiq Baş naziri Kelye Maqne Bondevik, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya çıxış edəcəklər.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşün keçirilməsi də nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sarayevoda_Dinlerarasi_dialoq_ekstremizme_cavab_movzusunda_xususi_toplanti_kechirilecek-918975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR