Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Birjalarda geriləmə davam edir

Birjalarda geriləmə davam edir

Date: 16 January 2016 05:11

Neftin qiyməti düşdükcə səhm bazarında da indeks hədləri azalmaqda davam edir. ANS PRESS-in məlumatına görə, Böyük Britaniya Fond Birjasında Futsi 100 indeksi 2.1 faiz dəyər itirib.

Dağ-mədən şirkətlərinin indeksləri ən çox azalan şirkətlər olub. Dünyanın ən böyük dağ-mədən şirkəti BHP Billitonun səhmləri 6.5 faiz, Anqlo Amerikan 11.5 faiz, Qlencore 7 faiz dəyər itirib.

Eyni zamanda, Amerikanın maliyyə bazarı da neftin ucuzlaşmasından öz təsirini alıb.

Nazdak Kompozitin səhmləri 2.7 faiz ucuşlaşıb.

Neftin qiyməti son 12 ildə rekord həddə ucuzlaşaraq bir barel 29.01 dollara çatıb.

Tags:  Birjalarda geriləmə davam edir


RƏYLƏR


Top news