Sərnişin təyyarəsi hava burulğanına düşüb, 6 nəfər xəsarət alıb

Sərnişin təyyarəsi hava burulğanına düşüb, 6 nəfər xəsarət alıb
08:05 16 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da "American Airlines" aviaşirkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin Nyu-York - Mayami marşrutu üzrə uçduğu bildirilir.
 
Hava gəmisinin göyərtəsində 159 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.
 
Qeyd olunur ki, təyyarə enişə təxminən 40 dəqiqə qalmış hava burulğanına düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR