Zidanın uşaqlarına "Real" qadağa

Zidanın uşaqlarına "Real" qadağa
08:56 16 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

FİFA Madrid "Real"ını transfer qadağası ilə üz-üzə qoyub.

ANS PRESS-in məlumatına görə, dünyanın ali futbol qurumunun qərarına əsasən, "kral klubu" növbəti 2 "transfer pəncərəsi”ndə, yəni bu ilin yayında və gələn ilin qışında aldıqları futbolçuların adlarını sifariş ərizəsinə daxil edə bilməyəcəklər.

Buna isə Madrid təmsilçisinin 18 yaşa çatmamış futbolçuların transferində qanun pozuntusuna yol verməsi səbəb olub. FİFA-nın qaydalarına əsasən, bu cür transferlər ciddi şəkildə qadağan edilib.



Məsələ ilə bağlı mətbuat konfransı keçirən "Real"ın icraçı direktoru Xose Anxel Sançes 39 futbolçu ilə bağlı araşdırılma aparıldığını və sonda 8 oyunçu ilə bağlı qərar verildiyini təsdiqləyib. O, futbolçuların adlarını açıqlamasa da, bunlardan ikisinin "Real"a yeni baş məşqçi təyin olunan Zinəddin Zidanın oğulları olduğunu bildirib. Bundan başqa Sançes qanun pozuntusuna yol vermədiklərini, məsələ ilə bağlı etirazlarını bildirəcəklərini qeyd edib.

Qeyd edək ki, "Real"la yanaşı, Madridin "Atletiko" klubu da eyni qadağa ilə üzləşib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR