Türkiyə Rusiyanın istədiyi İŞİD üzvünü azadlığa buraxıb

Türkiyə Rusiyanın istədiyi İŞİD üzvünü azadlığa buraxıb
09:42 16 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya İŞİD terror təşkilatı ilə əlaqədə olduğu üçün Antalyada saxlanılan 3 vətəndaşından birinin - Aydar Süleymanovun ekstradisiya olunmasını istəyir.

Milli.Az Publika.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın təhlükəsizlik orqanlarındakı mənbə "İnterfaks" agentliyinə deyilib.
 
Mənbə beynəlxalq axtarışda olan Rusiya vətəndaşının ekstradisiyası üçün hazırda Türkiyə tərəfi ilə danışıqların aparıldığını deyib.
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 14-də keçirdiyi mətbuat konfransında Süleymanovun Rusiya tərəfindən İnterpolun axtarışına verildiyini bildirib. O, İŞİD-in sıralarına döyüşçü toplamaqda ittiham olunur. Zaxarova Aydar Süleymanovun 2013-cü ilin iyulunda Rusiyanı tərk etdiyini söyləyib.
 
Bu gün isə yayılan məlumata görə, Süleymanov sərbəst buraxılıb. Antalya polisindən adı açıqlanmayan bir səlahiyyətli "RİA-Novosti" agentliyinə açıqlamasında Süleymanovun sərbəst buraxıldığı bildirib.
 
Rusiyanın "Kommersant" qəzetinin müxbiri də eyni iddia ilə çıxış edib. Qriqori Tumanov adlı müxbir "Twitter" hesabında yazdığı şərhində Süleymanov ilə danışdığını bildirib. Rus jurnalistin iddiasına görə, Süleymanovla iki dəfə danışıb və o, sərbəst buraxıldığını təsdiqləyib.
 
Rusiyanın Ankaradakı səfirliyi isə "İnterfax" agentliyinə açıqlamasında xəbərlərin rəsmi şəkildə təsdiqlənmədiyini deyib.
 
Qeyd edək ki, Rusiya vətəndaşları İstanbulda noyabrın 12-də törədilən terror aktından sonra saxlanılıblar. Suriya vətəndaşı və İŞİD üzvü olan kamikadze tərəfindən Sultan Əhməd meydanında törədilən terror aktında 10 nəfər ölüb, 15-i yaralanıb. Həlak olanlar və yaralananların hamısı turistlərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR