Poroşenko Rusiyadakı fabrikinin dəyərini açıqladı

Poroşenko Rusiyadakı fabrikinin dəyərini açıqladı
11:52 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenkonun "Roshen" şirniyyat şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki satışa çıxarılıb.

Milli.Az Publika.az-a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Vyaçeslav Moskalevski Ukraynanın "Liga.net" portalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, zavodu almaq istəyən şəxs təxminən 200 milyon dollar ödəməlidir. Amma Moskalevski normal alıcının olmamasından şikayətlənib.
 
Qeyd edək ki, Pyotr Poroşenko prezident seçilməsindən sonra sahibi olduğu "Roshen" şirkətinin bütün aktivlərini satacağını bildirmişdi. Hazırda "Roshen" şirkətinin Ukraynada 5 qənnadı fabriki var. Şirkətin digər zavodları Rusiya, Litva və Macarıstandadır.
 
"Candy Industry Top 100"ün qiymətləndirməsinə görə, "Roshen" şirniyyat istehsalı şirkəti böyüklüyünə görə eyni məhsulu istehsal edən dünya şirkətləri arasında 18-ci yerdədir. Şirkətin mərkəzi ofisi Kiyevdə yerləşir. "Roshen" brendi ilə 200 növdə  məhsul istehsal edilir.
 
Uzun illər "Roshen"in əsas bazarı Rusiya olub. Poroşenko bu bazardan hər il milyonlarla dollar götürürdü. Lakin avrointeqrasiya siyasi kursunu götürən Ukraynaya qarşı Rusiyanın başladığı iqtisadi müharibədən zərər çəkənlərdən biri də Poroşenko olub. Putin  hökuməti "Roshen" məhsullarını Rusiyaya idxalını qadağan edir.  
 
2015-ci il aprel ayının sonunda Lipetsk fabrikinin əmlakına Rusiyanın İstintaq Komitəsi tərəfindən həbs qoyulub. Zavoda "normal alıcı"nın tapılmaması da bununla izah edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR