Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Damları sevən 15 yaşlı qız həlak oldu - FOTO

Damları sevən 15 yaşlı qız həlak oldu - FOTO

Date: 16 January 2016 11:57

ABŞ-ın Nyu-York şəhərində yaşayan və "damları sevən qız" kimi tanınan Natalya Himenes həlak olub.

O, yeni tryukunu icra edərkən 4-mərtəbəli binanın damından düşüb.

Milli.Az ABC7-yə istinadən bildirir ki, hadisə Nyu-Yorkun Manhetten bölgəsində, Hells Kiçen səmtində baş verib.

Polisdən verilən məlumata görə, rufer Natalya Himenes 3 yoldaşı ilə 4-mərtəbəli binanın damından yaxınlıqdakı 3-mərtəbəli binanın damına atılmaq istəyib.

Dostlarının atlayışı uğurlu olan Natalya damdan atılanda iki binanın arasına düşüb.

Natalya Himenes "Famous Original Ray's Pizza" pisseriyalar şəbəkəsinin sahibi Rosalino Manqanonun nəvəsidir.

Milli.Az









Tags:  Damları sevən 15 yaşlı qız həlak oldu FOTO


RƏYLƏR


Top news