20 Yanvar faciəsi ilə bağlı qərb bölgəsində silsilə tədbirlər keçirilir

20 Yanvar faciəsi ilə bağlı qərb bölgəsində silsilə tədbirlər keçirilir
12:47 16 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, Gəncədə Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbə heyəti, Samuxda isə mədəniyyət işçiləri 26 il öncə baş verənlərə tarixi faktlarla nəzər yetiriblər. 
Azərbaycan Texnologiya Universitetində Qanlı Yanvar qurbanları yad edilib. Çıxış edənlər 26 il öncə baş verənləri bir daha yada salıblar. Nahaq qanın yerdə qalmayacağına əminlik ifadə olunub. İllər ötsə də xalqımız 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda baş verənləri heç vaxt unutmayacaq. Natiqlər bu cinayətə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini söyləyiblər. Sonda sənədli film nümayiş olunub.
Samux Rayon Mədəniyyət və Turizm Şöbəsində də faciənin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan günahsız insanların Sovet ordusu tərəfindən qətlə yetirilməsindən danışılıb. Cinayətkar ordu meydanlara toplaşan əliyalın sakinlərə qarşı fövqəladə vəziyyət elan etmədən qətliam törədib və bəşər tarixində daha bir qanlı səhifə açıb. Çıxış edənlər 20 Yanvarla bağlı xatirələrini bölüşüblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR