Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davudoğlu ilə Merkel Sultanəhməddəki terroru müzakirə edəcəklər

Davudoğlu ilə Merkel Sultanəhməddəki terroru müzakirə edəcəklər

Date: 16 January 2016 14:05

Türkiyənin baş naziri Əhməd Davudoğlu gələn həftənin cümə günü Almaniya kansleri Angela Merkellə görüşəcək.

APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, A. Merkelin sözçüsü Steffen Seibert görüşün Türkiyə-Almaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində reallaşacağını bildirib. O, görüşdə ilk olaraq Sultanəhməd meydanında 10 almanın ölümü ilə nəticələnən terror aktının və terrorla mübarizə məsələlərinin müzakirə olunacağını deyib.
 
Bununla yanaşı, Avropaya miqrant axını da müzakirə mövzusu olacaq.
 
Görüşdə hər iki tərəfdən daxil işlər, xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər. 

Milli.Az


Tags:  Davudoğlu Merkel Sultanəhməddəki terroru müzakirə edəcəklər



RƏYLƏR


Top news