Rusiyalı arvadını öldürmək istəyən türk həbs olunub

Rusiyalı arvadını öldürmək istəyən türk həbs olunub
14:12 16 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində həyat yoldaşını öldürməyə cəhd edən Türkiyə vətəndaşı həbs olunub.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Yeni il gecəsi içkili halda həyat yoldaşı ilə mübahisə edib və onu öldürmək məqsədilə bir neçə dəfə bıçaqla zərbələr endirib.

Lakin hadisə yerində olan qızlarının müdaxiləsindən sonra cinayəti başa çatdıra bilməyib. Onun həyat yoldaşı hazırda xəstəxanada müalicə alır.

Türkiyə vətəndaşına qarşı "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR