İranın nüvə proqramına dair razılaşma icra olunmaq üzrədir

İranın nüvə proqramına dair razılaşma icra olunmaq üzrədir
15:13 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 16 yanvar, AZƏRTAC
İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair yekun razılaşmanın əldə edilməsindən yarım il sonra razılaşmanın praktiki icrası zamanı yetişib. ABŞ rəsmi dairələrinin yaydığı məlumata görə, bu gün Vyanada bu məqsədlə Birləşmiş Ştatların dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilməlidir. Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin də iştirakı gözlənilir.
Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramını məhdudlaşdırmasına dair hesabatının təqdim olunacağı bildirilir. Hesabatda İranın öz nüvə potensialını ciddi şəkildə azaltması təsdiq olunarsa, bu ölkəyə qarşı beynəlxalq sanksiyalar ləğv edilə bilər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iranin_nuve_proqramina_dair_razilasma_icra_olunmaq_uzredir-919041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR