Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcülər genişmiqyaslı etiraza hazırlaşır

Gürcülər genişmiqyaslı etiraza hazırlaşır

Date: 16 January 2016 15:56

Bu gün Tiflisdə "Qazprom"a qarşı aksiya keçiriləcək.

ANS PRESS-in məlumatına görə, "Qazprom"a qarşı aksiya təşkil edən qeyri-hökumət təşkilatlarının nümayəndələri iddia edirlər ki, Gürcüstanın Rusiya qaz şirkəti ilə əməkdaşlığı onun enerji müstəqilliyini əlindən alacaq.

Xarici KİV-lərin məlumatına görə, bununla bağlı bu gün Gürcüstanın bir neçə qeyri-hökümət təşkilatları Hökumət dəftərxanası qarşısında mitinq keçirəcəklər.

Gürcüstanın energetika naziri Kaxa Kaladze və "Qazpromun" idarə heyətinin sədri Aleksey Millerin danışıqları Gürcüstanda ajiotaj yaradıb. Belə ki, Gürcüstan müxalifət nümayəndələri, "Vahid milli hərəkat" partiyasının keçmiş hakimi, o cümlədən, bəzi ekspertlər çıxış edərək, "Qazpromla" əməkdaşlığın enerji müstəqilliyini Gürcüstanın əlindən alınması kimi dəyərləndiriblər.


Kaxa Kaladze - Gürcüstanın energetika naziri


Oxşar hadisə ötən gün də baş verib. Belə ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığına etiraz edib. partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Aksiya zamanı nazirlik binasının yaxınlığındakı körpüyə “Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Onlar “Qazproma” yox!” şüarları səsləndiriblər.

Ölkənin energetika naziri Kaxa Kaladze Gürcüstanın "Qazprom" dan asılı olmadığını bildirib. Onun fikrincə qaz təchizatına görə Rusiyadan asılı olmamaq üçün qaz təchizatı şaxələnməlidir. Hələ ki, Gürcüstan qazı Azərbaycandan alır, lakin gələcəkdə İran və Türkmənistandan da qaz almaq mümkün olacaq.


Aksiyada qaldırılan digər bir məsələ isə "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır. Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaza olan tələbatını ödəmək iqtidarında deyil.


Gürcüstan

Tags:  Gürcülər genişmiqyaslı etiraza hazırlaşır


RƏYLƏR


Top news