Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

AZAL komandası MOİK-ə iki cavabsız qolla qalib gəlib

AZAL komandası MOİK-ə iki cavabsız qolla qalib gəlib

Türkiyə millisi 3 qolla qalib gəldi (28 Mart 2017 09:32)
Türkiyə millisi 3 qolla qalib gəldi - VİDEO (28 Mart 2017 05:14)
İspaniya İsrailə şans vermədi, İtaliya Albaniyadan üstün oldu - (25 Mart 2017 01:58)

Tarix: 16 Yanvar 2016 16:33


Bakı, 16 yanvar, AZƏRTAC
Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında “CBC Sport Kuboku” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da turnir çərçivəsində növbəti bir qarşılaşma keçirilib. Turnirin üçüncü oyun günündə AZAL komandası MOİK ilə üz-üzə gəlib. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqləniblər. Baş məşqçi Tərlan Əhmədovun rəhbərlik etdiyi komandada Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bundan əvvəlki matçlarda “Neftçi” AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi. “Neftçala”–“Şərurspor” arasında keçirilmiş oyunda isə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

Teqlər:  AZAL komandası MOİK-ə iki cavabsız qolla qalib gəlib



RƏYLƏR


Top xəbərlər