Azərbaycanın U-17 komandası rusiyalı və ukraynalı həmyaşıdları ilə qarşılaşacaq

Azərbaycanın U-17 komandası rusiyalı və ukraynalı həmyaşıdları ilə qarşılaşacaq
16:53 16 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda Rusiya və Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunları keçirəcək.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yığmamız fevralın 23-də və 25-də Rusiya, martın 1-də və 3-də isə Ukrayna komandası ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunlar saat 16:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_U_17_komandasi_rusiyali_ve_ukraynali_hemyasidlari_ile_qarsilasacaq-919074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR