Ağstafada Gürcüstandan gətirilən donuz cəmdəkləri aşkarlanıb

Ağstafada Gürcüstandan gətirilən donuz cəmdəkləri aşkarlanıb
17:38 16 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən yanvarın 16-da reyd aparılıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən “Jiquli-07” markalı 25-BF-883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən saxlanılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı aydınlaşıb. Məlum olub ki, donuz cəmdəkləri ölkəmizə Gürcüstan ərazisindən gətirilib.
Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_Gurcustandan_getirilen_donuz_cemdekleri_askarlanib-919099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR