“İnşaatçılar” metro stansiyasının ikinci vestibülü müvəqqəti bağlanacaq

“İnşaatçılar” metro stansiyasının ikinci vestibülü müvəqqəti bağlanacaq
17:48 16 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
“İnşaatçılar” metro stansiyasının ikinci vestibülü (akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə tərəf) yanvarın 18-i saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “İnşaatçılar” metro stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir. Bunun üçün yanvarın 18-də metro stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Birinci vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
Qeyd edək ki, ikinci vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq, sakinlər, keçiddən istifadə etməklə Şərifzadə küçəsinin bir tərəfindən digər tərəfinə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insaatchilar_metro_stansiyasinin_ikinci_vestibulu_muveqqeti_baglanacaq-919103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR