Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Real Madrid” rəhbərliyi Kriştiano Ronaldonu satmaq niyyətindədir

“Real Madrid” rəhbərliyi Kriştiano Ronaldonu satmaq niyyətindədir

Date: 16 January 2016 18:18


Bakı, 16 yanvar, AZƏRTAC
Madridin “Real” futbol klubunun prezidenti Florentino Peres komandanın lideri Kriştiano Ronaldonu satmaq istəyir.
AZƏRTAC “El Mundo Deportivo” idman saytına istinadla xəbər verir ki, buna səbəb futbol funksioneri ilə futbolçu arasında baş qaldıran soyuq münasibətdir.
Məlumata görə, Ronaldonun tezliklə komandadan uzaqlaşdırılmasının qarşısını alan “Kral” klubuna qarşı tətbiq edilən transfer qadağası olub. Əks təqdirdə, F.Peres 30 yaşlı portuqalıyalı forvardın bu yay satışını reallaşdırmağı düşünürmüş.
Hazırda Ronaldoya bir sıra nəhəng klublar maraq göstərir. Onların arasında Fransanın “PSJ”, İngiltərənin “Mançester Yunayted” və “Mancester Siti” klubları da yer alır. Transfer dəyəri 105 milyon avro qiymətləndirilən portuqaliyalı ulduz özü isə bir müddət əvvəl ABŞ-ın “MLS” liqasına həvəs göstərdiyini bildirmişdi.

Tags:  Real Madrid rəhbərliyi Kriştiano Ronaldonu satmaq niyyətindədir



RƏYLƏR


Top news