Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sahibkarlar ununun və çörəyin satışının əlavə dəyər vergisindən azad olunmasını çox müsbət qarşılayıb

Sahibkarlar ununun və çörəyin satışının əlavə dəyər vergisindən azad olunmasını çox müsbət qarşılayıb

Date: 16 January 2016 18:38


Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əlıyevin tapşırığına əsasən yanvarın 15-dən etibarən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması sahibkarlara çox kömək olub. Bunu AZƏRTAC-a sahibkar Qalibə Hacıyeva deyib. O bildirib ki, bu qərar əsasında çörəyin əvvəlki qiyməti saxlanılıb: “700 qramlıq çörəyi biz 35 qəpikdən müəssisələrə göndəririk və 40 qəpikdən satılır. Biz bu qərarı çox müsbət qarşılayır və dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Sahibkar Arif Həsənov isə qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, buğda, un və çörək məhsullarının istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə olan istehsalçıların və ümumiyyətlə bütün əhalinin çox ürəyincə olub.

Tags:  Sahibkarlar ununun çörəyin satışının əlavə dəyər vergisindən azad olunmasını çox müsbət qarşılayıb


RƏYLƏR


Top news